Ru
10:54 / 04 Aprel 2024

Rusiyanın hərbi sirləri oğurlandı - Ukrayna hakerləri mükafatlandırdı

1346
“One Fist” ("Tək yumruq") adlı haker qrupu Rusiya hərbi şirkətlərinin məlumatlarını oğurlayıb. Qrup həmçinin rus qoşunlarının hərəkətini izləmək üçün kameralara sıza bilib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bununla da dövlətlərin mülki hakerləri təşviq etməsi ilə bağlı məsələlər gündəmə gətirilib. Bildirilir ki, bu cür əməliyyatlar münaqişə dövründə kiberkönüllülərdən necə istifadə edildiyi barədə düşüncələri dəyişə bilər.

Bu hakerlərdən birinin kod adı "Voltaj"dır və ABŞ-dan haker hücumlarını koordinasiya edir. Əsl adı isə Kristofer Kortraytdır. O, Miçiqan ştatında İT sənayesi işçisidir.

53 yaşlı Kortrayt Ukrayna naminə göstərdiyi səylərin rəsmi olaraq təşəkkürnamə ilə təltif olunmasına görə məmnun olduğunu bildirib.

Məlumatda qeyd olunur ki, “One Fist” səkkiz müxtəlif ölkədən olan hakerlərdən ibarətdir. Bu ölkələr sırasında ABŞ-dan başqa İngiltərə və Polşa da var. Onlar birlikdə təşkil etdikləri kiberhücumların nəticələrini sosial şəbəkədə açıqlayırlar.

Haker qrupuna “Ordunun həyati fəaliyyətinin inkişafına və mühafizəsinə mühüm töhfələrə” görə təşəkkürnamə təqdim edilib.

Sənədi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı da imzalayıb.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər