Ru
20:00 / 05 Dekabr 2022

Rusiyanın iki hərbi hava limanında partlayış: ölənlər və yaralananlar var

1573
Rusiyanın Saratov vilayətindəki və Ryazan şəhərindəki hərbi hava limanlarında partlayış baş verib.


Bakupost.az xarici mediaya istinadən bildirir ki, iki hava limanındakı partlayışlar nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.


Partlayışların səbəbi məlum deyil. Lakin bəzi Rusiya və Ukrayna KİV-ləri sərhəddən yüzlərlə kilometr uzaqlıqda yerləşən hər iki bölgədəki partlayışların pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar nəticəsində baş verdiyini iddia edir.


Məlumata görə, hava Limanlarından birində baş verən partlayışda 2 nəfər yaralanıb, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 2 Tu-95 tipli bombardmançı təyyarə zədələnib. Digər hava limanında is
yanacaq daşıyan tanker partlayıb və nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb.


Rusiya Fövqəladə Hallar Nazirliyi yaralılardan 2-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.


Rusiyanın iki mühüm hava bazasında baş verən partlayışların təfərrüatları ilə bağlı rəsmi açıqlama verilməyib. Kremlin sözçüsü Dmitriy Peskov partlayışla bağlı verdiyi açıqlamada, “Mən də bu barədə mediadan oxudum. Rusiya prezidenti Vladimir Putin baş verənlər barədə məlumatlandırılıb", - deyə bildirib.


Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər