Ru
10:37 / 06 Avqust 2022

Bir gündə 250 rus hərbçisi məhv edildi - Son itkilər

Bir gündə 250 rus hərbçisi məhv edildi - Son itkilər
Eye

Rusiyanın Ukraynadakı itkiləri 42 min nəfərə yaxınlaşıb.


Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində bildirilir.


Xəbərə görə, ötən sutka ərzində Ukraynada 250 rus hərbçisi məhv edilib: "Hazırda düşmənin ümumi itkiləri təxminən 41,9 min nəfərdir".


Bundan əlavə, Ukrayna ərazisində rusların daha 10 tankı, 19 zirehli döyüş maşını, 5 artilleriya sistemi, 4 hava hücumundan müdafiə sistemi, 2 operativ-taktiki pilotsuz uçuş aparatı, 6 avtomobil texnikası və 2 xüsusi texnikası məhv edilib.


Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, işğalçılar ən çox Donetsk istiqamətində itki veriblər.

Zaur
BakuPost

Şərhlər
  • t.ədalət

    Alqış Ukraynalı hərbiçilərə!Onlar bizim də qisasımızı alırlar.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar