Ru
15:18 / 18 May 2022

Ruslar Donetskdə yaşayış binasını vurdu

1230
Rusiya ordusu Ukraynada yaşayış yerini hədəf alıb.

Bakupost.az xəbər verir ki, ruslar Ukraynanın Donetsk bölgəsində beşmərtəbəli yaşayış binasını vurub.

Nəticədə 1 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.

Donetsk qubernatoru Pavlo Krilenko hadisə ilə bağlı açıqlama edib:

“Bahmutda beşmərtəbəli yaşayış binasına edilən hücum nəticəsində 9 yaşlı uşaq ağır yaralanıb. Təcili Xidmət komandası tərəfindən 1 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Binada çıxan yanğın nəzarət altına alınıb. Dağıntı altında qalanların axtarışı davam etdirilir. Təhlükənin fərqində olmayanlara bir daha təxliyə çağırışı edirəm. Ruslar şəhərimizi dağıtmağa, insanları öldürməyə gəlib”.

Aynur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər