Ru
13:53 / 31 İyul 2022

Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq
Eye

Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

Şərhlər
  • Vasif zeynalov

    Salam men Agstafa rayonu Qırılı kendinde yaşayıram 2ci qarabag döyüşlerinde işdirak etmişem yenede getmek isdeyirem artıg dözmek olmur birdaha qardaşlarımızın şehid olmasını isdemirem

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar