Sabirabadda baş vermiş qəzanın təfərrüatları məlum olub.
Bakupost.az -ın məlumatına görə, İmişli şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Teymur İlham oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə, Sabirabad rayonunun Nizami kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlunun idarə etdiyi "QAZ-24" markalı avtomobil toqquşub.
Nəticədə "QAZ-24"-ün sürücüsü, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və sərnişinləri, Sabirabad rayon Nizami kənd sakinləri, 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu hadisə yerində ölüblər.