Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:37 / 24 İyun 2024

Şabranda evə basqın - Ər-arvad öldürüldü - Yenilənib1

23850

***

09:20


Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.


Bakupost.az report-a istinadla xəbər verir ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərdən birinə basqın olunub.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


***
10:21


İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bakupost.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***
16:36


Şabran rayonunda evə basqın zamanı yaralanan Hüseynov Arif Qaspar oğlu xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, Bakıda “Neftçilər” xəstəxanasına çatdırılan A.Hüseynovun həyatını xilas etmək mümün olmayıb.

Xatırladaq ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın zamanı Gülnarə Şıxkərim qızı Hüseynova öldürülmüş, onun həyat yoldaşı A.Hüseynov isə yaralanmışdı.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar