Quba-Şabran yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, üç nəqliyyat vasitəsinin - iki yük maşını və bir "Niva" markalı avtomobilin toqquşması ilə nəticələnən qəza zamanı azı üç nəfər xəsarət alıb.
Bildirilir ki, Bakı-Quba avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində "Niva", "KamAZ" və "Mercedes Atego" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada Əmrulla Mustafa oğlu Ağakişiyev, Elnur Natiq oğlu Cəbrayılov və Samir Müşviq oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Niva" markalı avtomobilin sürücüsü - Ağakişiyev Əmrulla Mustafa oğlu sağdır və hazırda Quba Rayon Mərkəzi Xəstəxanasının əməliyyat blokuna yerləşdirilib.