Ru
19:42 / 28 İyun 2025

Tehrandan BAEA ilə bağlı sərt qərar: İcazə verməyəcəklər!

Tehrandan BAEA ilə bağlı sərt qərar: İcazə verməyəcəklər!
Eye

İran hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossini nüvə obyektlərinə buraxmamaq qərarına gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran parlamentinin vitse-spikeri Həmid-Rza Hacı Babaiyə istinadən məlumat yayıb.

"İran artıq Rafael Qrossiyə (ziyarətlərinə) və ya nüvə obyektlərində müşahidə kameralarının quraşdırılmasına icazə verməyəcək", - məlumatda bildirilir.

Babainin sözlərinə görə, qərar İsraildən alınan sənədlərdə obyektlərlə bağlı məxfi məlumatların aşkarlanması ilə əlaqədar olub.

Xatırladaq ki, iyunun 26-da İran parlamenti BAEA ilə əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Agentliyin baş direktoru Qrossi cavab olaraq bildirib ki, ölkənin nüvə obyektlərində müfəttişlərin olması beynəlxalq öhdəlikdir.

İranın xarici işlər naziri Əraqçının sözlərinə görə, Qrossinin israrlı istəyi pis niyyətli ola bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar