Ru
23:17 / 28 İyun 2025

Overçukun Azərbaycana səfəri ləğv edildi - SKANDAL

Overçukun Azərbaycana səfəri ləğv edildi - SKANDAL
Eye

Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana iyunun sonuna planlaşdırılan səfəri ləğv edilib.

Bakupost.az xəbər verir ki, bu qərara səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürülməsi hadisəsi olub.

Mənbələrin bildirdiyinə görə, bu vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya Rusiyanın hər hansı digər rəsmi nümayəndəsinin ölkəmizə səfərini məqsədəuyğun hesab etmir.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar