Ru
21:24 / 28 İyun 2025

Erməni arxiyepiskop istintaq təcridxanasına köçürüldü

Erməni arxiyepiskop istintaq təcridxanasına köçürüldü
Eye

Şirak yeparxiyasının rəhbəri, Erməni Apostol Kilsəsinin (EAK) arxiyepiskopu Mikael Adjapaxyan İrəvan-Kentron cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bakupost.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd olunur ki, "Müqəddəs mübarizə" hərəkatının lideri Baqrat Qalstanyan və biznesmen Samvel Karapetyan da həmçinin İrəvan-Kentron cəzaçəkmə müəssisəsində saxlanılırlar.

Adjapaxyan açıq şəkildə hökumətin devrilməsinə çağırışda ittiham olunur, lakin o, özü ittihamları uydurma adlandırıb. İyunun 27-də axşam arxiyepiskop Adjapaxyan saxlanılıb, iyunun 28-nə keçən gecə isə məhkəmə onun 2 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar