“Müəllim şagirdi döyməməlidir. Döymək tərbiyə üsulu deyil. Müəllim onu hiddətə gətirməyə hazır uşaqların qarşısına səlahiyyətləri alınmış, küskün, zəif və iradəsiz çıxarılmamalıdır”.
Bunu
Bakupost.az -a açıqlamasında
təhsil eksperti Qoşqar Məhərrəmov deyib.
Ekspert bildirib ki, müəllim də, şagird də öz hüquq və vəzifələrini bilməlidir. Kim hüququ pozur, vəzifəsini yerinə yetirmirsə, şagirdlər də daxil olmaqla təhsil ocağından uzaqlaşdırılmalıdır:
“Direktor bu məqamda müəllimi incidən şagirdləri yanına çağırmalı, lazımi tədbirlər görməlidir. Məktəbi idarə edən, cavabdeh şəxs direktordur”.
Q.Məhərrəmov deyir ki, bu gün uşaqlarının tərbiyəsinə mənfi təsir edən çoxlu amillər var. İnternet, sosial media, ətraf mühit və.s. Bu fonda daha çox əziyyət çəkən təhsil işçiləri olur:
“Buna baxmayaraq, müəllimlər, direktor müavinləri və direktorlar peşəkar xüsusiyyətlərə malik olmalı, gördükləri mənfi hallara münasibətdə emosiyalara qapılmamalıdır. Şagirdlərin davranış qaydaları məktəb dəhlizlərində, siniflərdə hamının görə biləcəyi yerlərdə asılmalıdır. Orada mənfi davranışlara görə hansı cəzaların tətbiq olunacağı qeyd olunmalıdır. Belə olsa, şiddətə də ehtiyac qalmaz. Çünki şagird biləcək ki, mənfi davranışa görə cəzalandırılacaq. Ona görə də nadinclik etməyəcək".
Sevinc
BakuPost