Ru
09:39 / 04 Oktyabr 2022

Şagirdi vəhşicəsinə döydülər - Bakı məktəbində daha bir rəzalət - VİDEO

21514

Sosial şəbəkədə məktəbdə şagirdin döyülməsi ilə bağlı video yayılıb.


Bakupost.az xəbər verir ki, təxmini 13-14 yaşlı yeniyetmələr sinifdə digər şagirdi tutaraq ona yumruq vurur, fiziki təzyiq göstərir və həmin anları videoya çəkirlər.

Yayılan görüntülər sosial şəbəkədə də birmənalı qarşılanmayıb. Təhsil ocağında belə bir halın baş verməsi sərt şəkildə qınanılıb.


Həmin uşağın özünün, eləcə də məktəbin təlim-tərbiyə üzrə müavinlərinin, valideynlərinin tapılaraq cəzalandırılması tələb olunub.

Qeyd edək ki, hadisənin Bakıda 112 saylı orta məktəbdə baş verdiyi deyilir.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, görüntülər araşdırılır:


"Nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək".


Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də müvafiq araşdırma aparıldığı qeyd olunub:


"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb".


Vurğulanıb ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.



Bakı şəhəri 112 nömrəli tam orta məktəbdən bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib:

"Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".


BakuPost

Şərhlər
  • Mozalan

    Döyülən oğlana görə içim göynəyir. Sanki mənim uşağımı döyüblər. Belə küçükləri dərhal xüsusi islah koloniyasına göndərmək lazımdır. Onlar normal uşaqların təhsil aldığı məktəblərdə oxumamalıdırlar. Onun hərəkət və davranışları azğın və yırtıcı xislətə sahib olduğunu göstərir. Yıxılan sinif yoldaşının təpiklə üzünə vurması da bundan xəbər verir. Döyülən oğlan uşağının validenləri isə susmasınlar. Lazımi ölçü götürülənə qədər bu işin arxasında dursunlar. Məktəb isə uşaqlara heç nə qazandıra bilmir. Nə təhsil, nə də tərbiyə heç biri yoxdur. Toplumda şəfqət və mərhəmət hissini uşaqlara aşılamaqda məktəbin rolu çox ola bilər. Amma elə müəllimlər çox azdır əfsus. Bu hadisəyə görə çox təəssüf edirəm. Dönüb rusiya məktəblərinə vallah..

  • Veteran

    Döyülən usağa müraciət edirəm bir az cəsarətli ol.Axı səndə cüssəlisən.O yaramazın cavabını verə bilərdin.Əgər cəmiyyət vəhşiliyə doğru gedirsə belə geri zəkalıların cavabını zora -zor işlətməklə vermək lazımdır.Bəs bu yaramazlığa qarşı digər uşaqlar niyə laqeyid qalırlar? Əsas məsələ budur.

  • saleh

    doyan maktablini sart sakilda cazalandirmaq lazimdi mutlaq

  • Daşqın Əzimov

    Külü qoyum o şagirdin başına eşşək boyda oglanı özündan balaca olan birisi döyür o da mal kimi durub baxır.

  • Ufucugidh

    Bu məsələ gəlib niyə telefona dirənir? Telefon olmasaydı bu vəziyyət davam edəcəkdi. Hətta o biri uşaq daha ciddi xəsarət ala bilərdi.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər