Ru
14:06 / 25 Yanvar 2023

Şahbaz Xuduoğlu hamını “28 Mall”a çağırdı – Ən lazımlı kitabı naşirin özündən al! - VİDEO

23713

"Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu sosial media hesabından çağırış edib.


Bakupost.az xəbər verir ki, naşir bildirib ki, şənbə günü 28 Mall-da yerləşən "Əli və Nino" kitab dükanında kitab bələdçisi olacaq:


"Əziz dostlar,

Yanvarın 28-də, şənbə günü, 28 mall-da yerləşən "Əli və Nino" kitab dükanda kitab bələdçiniz olacam.
Mən yenicə kitab oxumağa başlamaq istəyirəm, amma bilmirəm hansı kitabdan başlayım?
Mən gəlirli iş qurmaq üçün məsləhət və ideyalar verən hansı kitab ola bilər?
Xırda bir biznes qurmuşam onu böyütmək və effektli idarə etmək üçün hansı kitabı oxuyum?
Mən siqaret çəkmək kimi pis vərdişim var, pis vərdişlərdən necə xilas olum?
Özümə inamım yoxdur, tez-tez ruhdan düşürəm, necə edim ki, bu vəziyyəti dəyişim?
Çox maraqlı, adamı valeh edən romanlar oxumaq istəyirəm.
Uşaqlarım sözümə baxmır, hansı kitab yardımçı olar.
Nitqini inkişaf etdirməyə, səlis danışmağa hansı kitablar yardım edə bilər?
Bütün bu suallara doğru-dürüst cavab tapmaq istəyirsinizsə onda "Əli və Nino" kitab dükanına gəlin, saat 16:00-dan 18:00-dək yolunuzu gözləyirəm.
Necə deyərlər, kitabı naşirin özündən al".



Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər