Ru
16:06 / 14 Noyabr 2023

Sahibə Qafarova deputatlara əsəbiləşdi - "Danışanda fikirləşin!"

Sahibə Qafarova deputatlara əsəbiləşdi -   "Danışanda fikirləşin!"
Eye

Milli Məclisin spikeri Sahibə Qafarova “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatların iradlarına narazılıq edib.


Bakupost.az -ıun məlumatına görə, sədr təəssüflə bildirib ki, bir neçə çıxışda dövlət büdcəsi barədə nəsə deyilməyib.

“Niyə Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim, bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq?! Razi müəllim, sizə isə tövsiyə edirəm ki, çıxışlarınıza diqqət yetirəsiniz. Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz? Qoçuluqda? Danışanda fikirləşin!”, - S.Qafarova əlavə edib.

Qeyd edək ki, parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev bəzi nazirləri qoçuluqda ittiham edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar