Ru
10:54 / 23 Aprel 2026

Hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq

Hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Eye

Cinayət Məcəlləsində nəzərdə tutulan hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı cəzalara yenidən baxılacaq.

Bakupost.az Trend-ə istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.

Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burada "çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Yeni qərara görə isə, Cinayət Məcəlləsinin yuxarıdakı maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar