Ru
12:35 / 23 Aprel 2026

Azər Abbasova yüksək vəzifə verildi

Azər Abbasova yüksək vəzifə verildi
Eye

Füzuli Dövlət Dram Teatrına yeni direktor əvəzi təyin olunub.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, teatra rəhbərlik direktor müavini Azər Abbasov həvalə edilib.

Qeyd edək ki, o, 1985-ci il aprelin 23-də Füzuli şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib.

2016-ci ildən etibarən Füzuli Dövlət Dram Teatrında fəaliyyət göstərir.

Xatırladaq ki, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev ötən ilin noyabrında vəfat edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar