Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat xidmətindən ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərdiyi bildirilib.
Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq edilməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istintaqa təhvil verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.