Ru
14:06 / 23 Aprel 2026

Paşinyan Akopyanla barışmaq istəyir

Paşinyan Akopyanla barışmaq istəyir
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan son vaxtlar şəxsi həyatı ilə bağlı yayılan şayiələrə son qoyaraq, həyat yoldaşı Anna Akopyanla münasibətləri barədə gözlənilməz açıqlamalar verib.

Bakupost.az xəbər verir ki, Baş nazir ictimaiyyət qarşısına yenidən Anna Akopyanla birlikdə çıxmasını şərh edərək, ailəsinin yenidən birləşmə ehtimalından danışıb.

Paşinyan bildirib ki, daha əvvəl Akopyanın verdiyi qərarlar barədə sadəcə fikirlərini bölüşüb, lakin bu, həmin qərarlarla tam razılaşdığı mənasına gəlmirdi.

Münasibətlərini bərpa etmək üçün ciddi səylər göstərdiyini etiraf edən Ermənistan rəhbəri, ailəsini qoruyub saxlamaq üçün real şansın yaranmasından məmnunluğunu ifadə edib.

Uzun müddətdir ki, mətbuatda cütlüyün ayrıldığı və ciddi ailəvi problemlər yaşadığı barədə xəbərlər dolaşsa da, Paşinyanın bu son bəyanatı Ermənistanın "birinci ailəsi"nin barışıq ərəfəsində olduğunu göstərir.

Hazırda cütlüyün birlikdə fotoları Ermənistanda ən çox müzakirə edilən mövzular arasındadır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar