Ru
13:28 / 28 Oktyabr 2026

"Bolt"dan çağırdığı sürücü başına iş açdı - FOTO

Eye

"Bolt" taksi şirkətinin sürücüsü müştərinin avtomobilinə zərər vurub.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 23-də gecə saat 00:30 radələrində Masazırda baş verib.

Şikayətçi bildirib ki, "Bolt" tətbiqi vasitəsilə ayıq sürücü çağırıb. Sürücü avtomobili hərəkətə gətirən zaman maşının ön sağ buferini əzib.

Şikayətçi sürücüdən dəymiş zərəri kimin ödəyəcəyini soruşduqda, sürücü şirkətlə əlaqə saxlamağı söyləyib və sığortalarının olduğunu bildirib.

Zərərçəkən növbəti gün məsələnin həlli üçün "Bolt" şirkəti ilə əlaqə saxlayıb. Şikayətçi iddia edir ki, şirkətlə yazışmaları zamanı ona müxtəlif səbəblər göstərilib. Şirkət şikayətçiyə bildirilib ki, sürücü işə qəbul edilərkən məsuliyyəti barədə məlumatlandırılıb.

Vətəndaş isə hesab edir ki, "Bolt" vasitəsilə çağırdığı sürücünün avtomobilinə vurduğu zərərin həlli üçün şirkət kömək etməli və məsələni sürücü ilə sonra özləri aydınlaşdırmalıdırlar. Onun sözlərinə görə, şirkət məsuliyyəti sürücünün üzərinə qoyaraq, məsələni özü ilə həll etməli olduğunu bildirir.

Şikayətçi baş ofisə də müraciət etdiyini, lakin problemin həll olunmadığını deyir. Onun sözlərinə görə, hadisədən sonra vaxt itirməsinə baxmayaraq, dəymiş zərərin ödənilməsi ilə bağlı konkret nəticə əldə edə bilməyib.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar