Ru
13:37 / 28 Oktyabr 2026

Qızıl yenidən bahalaşdı

Qızıl yenidən bahalaşdı
Eye

ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz qərarı ərəfəsində qızılın qiyməti 4 000 dolların üzərində qalıb.

“Bakupost” xəbər verir ki, qızılın bir unsiyası 4 061,96 dollar səviyyəsində sabitləşib, ABŞ-də qızıl fyuçersləri isə 4 075,80 dollara yüksəlib.

Əvvəlki gün 1,1% bahalaşan qızılın qiymətinə fiziki alışların, xüsusilə Çin istehlakçılarının artan tələbinin dəstək verdiyi bildirilir. İnvestorlar FES-in faiz qərarını və gələcək pul siyasətinə dair açıqlamalarını gözləyirlər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar