ABŞ Federal Ehtiyat Sisteminin (FES) gözləniləndən daha sərt mövqe sərgiləməsi istiqraz bazarında qiymətlərin düşməsinə səbəb ola bilər.
“Bakupost” xəbər verir ki, ABŞ-nin iri maliyyə şirkəti JPMorgan-ın sorğusuna əsasən, investorların ABŞ istiqrazlarında xalis uzun mövqeləri sentyabrın 8-dən bəri ən yüksək səviyyəyə çatıb. Süni intellekt investisiyaları ilə bağlı narahatlıqlar və Fransa istiqraz bazarındakı təzyiqlər istiqrazlara tələbi artırıb.
Bazar iştirakçıları faiz artımı ehtimalını oktyabr iclası üçün 7%, dekabr üçün isə 90%-dən yüksək qiymətləndirirlər. FES-in sərt mesajları investorların gözləntilərini dəyişə və istiqraz satışlarını sürətləndirə bilər.
ABŞ-nin 10 illik istiqrazlarının gəlirliliyi ayın əvvəlində 5,36%-ə yüksəldikdən sonra 5%-ə enib. İkiillik istiqrazların gəlirliliyi isə 4,73% təşkil edir.
Vüsalə Hüseynova,
BakuPost