Ru
14:15 / 23 Aprel 2026

Xəzərin səviyyəsi 21 metr azala bilər

Xəzərin səviyyəsi 21 metr azala bilər
Eye

Xəzər dənizində suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr azala bilər.

Bakupost.az xəbər verir ki, bunu Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyev Astanada keçirilən Regional Ətraf Mühit Sammitində deyib.

Onun sözlərinə görə, problemin həlli üçün beş Xəzəryanı dövlətin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın uzunmüddətli iştirakı vacibdir.

BMT Baş katibinin müavini İnger Andersen də ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma və Xəzər ekosisteminin qorunmasını əhatə edən 2026-2036-cı illər üçün birgə fəaliyyət planı hazırlamağa çağırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar