İsrail Qəzzaya hücumlarını daha da gücləndirib.
Bakupost.az “Əlcəzirə”yə istinadən xəbər verir ki, Qəzza ətrafında yerləşən Xan Yunis və Beyt Lahiya şəhərlərinə hücumlar nəticəsində 9 nəfər həlak olub. Onlardan 3-nün uşaq olduğu bildirilir.
Məlumatda qeyd olunur ki, fələstinlilərin öldürülməməsi ilə bağlı razılaşmaya baxmayaraq, atəşkəs az qala hər gün pozulur.
Həmçinin blokada və məhdudiyyətlər yerli əhalinin vəziyyətini daha da ağırlaşdırır.
Əsmər Şahməmmədova, BakuPost