Ru
11:35 / 31 Oktyabr 2026

“Barselona” “El-Klassiko”dan rekord gəlir əldə etdi

“Barselona” “El-Klassiko”dan rekord gəlir əldə etdi
Eye

İspaniya La Liqasının 10-cu turunda keçirilən “Barselona” - “Real” (1:2) qarşılaşması Kataloniya klubunun ev stadionu “Kamp Nou”nun tarixində ən çox gəlir gətirən oyun olub.


"Bakupost" Qol.az-a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi yalnız bilet satışından 19,1 milyon avro qazanıb. Bundan başqa, həftəsonu ərzində klubun rəsmi mağazasının satışlarından əldə etdiyi gəlir 1,5 milyon avro təşkil edib.

“Barselona” “El-Klasiko” ərəfəsində ilk bilet partiyasını satışa çıxarıb. Bu biletlər yalnız klub üzvləri üçün nəzərdə tutulub. Bu biletlərinin qiyməti minimum 315 avro olub. Klub üzvlərinə isə 5 faiz endirim tətbiq edilib.

İlk bilet partiyası dərhal satıldıqdan sonra biletlər geniş ictimaiyyət üçün də satışa çıxarılıb. Bu mərhələdə ən ucuz biletin qiyməti 1000 avrodan baha olub. Həmin biletlər də qısa müddətdə tükənib.

Qeyd edək ki, “Barselona” - “Real” qarşılaşmasını 62 055 azarkeş stadiondan izləyib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar