Ru
15:00 / 23 Aprel 2026

Dünya bazarı sakitləşmək bilmir: Neft qalxır, qızıl düşür

Dünya bazarı sakitləşmək bilmir: Neft qalxır, qızıl düşür
Eye

Qlobal bazarlarda neft qiymətlərinin artması inflyasiya və faiz gözləntilərini gücləndirib, bu isə qızılın qiymətinə mənfi təsir göstərib.

Bakupost.az xəbər verir ki, analitiklərə görə, artan enerji xərcləri və geosiyasi risklər qiymətli metallar üzərində təzyiq yaradır. Bu fonda həm qram qızıl, həm də unsiya (ons) qızıl yeni günə ucuzlaşma ilə başlayıb.

ABŞ–İran danışıqları ətrafındakı qeyri-müəyyənlik və qlobal iqtisadi göstəricilər də bazarda dalğalanmanı artıran əsas amillər kimi qiymətləndirilir.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar