Ru
12:45 / 23 Aprel 2026

Çinli iş adamı 7 min borca görə Azərbaycana gəldi: “Faiq məni aldadıb” - VİDEO

Çinli iş adamı 7 min borca görə Azərbaycana gəldi:  “Faiq məni aldadıb” - VİDEO
Eye

İstaqram səhifəsində Çində sahibkarlıq fəaliyyətilə məşğul olan şəxs Faiq adlı bir azərbaycanlı tərəfindən aldadıldığını bildirib.

O açıqlamasında, indi həmin fırıldaqçını axtardığını deyib.

Bakupost.az xəbər verir ki, adını açıqlamayan həmin sahibkar Faiq adlı şəxsin il yarım bundan əvvəl ondan 7 min dollar borc alsa da, pulu qaytarmayaraq aradan çıxdığını iddia edir.

Məsələ ilə bağlı polisə şikayət etmədiyini deyən şəxs bildirir ki, problemi kişi kimi, qardaşcasına şəxsən özü həll etmək qərarına gəlib.

“Bu məqsədlə də Azərbaycana gəlmişəm və onu yerini tapmışam. Videoda onun üzünü göstərirəm ki, hamı kiminlə iş gördüyünü bilsin. İl yarım əvvəl Sankt-Peterburq (Rusiya) şəhərində restoran açdım və dostumdan borc alıb, sonra hamısını ödədim. Yəni Quançjouda (Çin) və ya dünyanın hər hansı bir yerində kişi sözü mənim üçün həmişə birinci yerdə olub. Bəzi insanlar sözünü tutur, bəziləri isə bu yolu seçir. Mən işləməyə davam edirəm, satış artır. Ancaq belə insanlar tarixə pis düşəcəklər. Sahibkarlar məni başa düşəcəklər: pul gəlir və gedir, amma üz ömür boyu eyni qalır”.

Məlumat üçün bildirək ki, paylaşımda Faiqə aid olduğu qeyd olunan nömrəyə zəng etməyi yoxlasaq da, təyin olunmadığı bildirilidi.

Rüfət Sultan, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar