Ru
12:26 / 23 Aprel 2026

Süni intellekt xərçəngi müalicə edəcək

Süni intellekt xərçəngi müalicə edəcək
Eye

Yaxın illərdə süni intellekt texnologiyalarından istifadə etməklə xərçəng xəstəliyinin müalicəsində fərdiləşdirilmiş yanaşmalar geniş tətbiq olunacaq.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin səhiyyə naziri Robert F. Kennedi Jr. bəyan edib.

O bildirib ki, bu texnologiyalar hər bir xəstənin genetik xüsusiyyətlərini, xəstəliyin gedişatını və digər tibbi məlumatları analiz edərək daha dəqiq və effektiv müalicə planlarının hazırlanmasına şərait yaradır.

Kennedi qeyd edib ki, bu istiqamətdə aparılan işlər səhiyyə sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və məqsəd standart müalicə üsullarından fərqli olaraq hər bir pasiyent üçün optimal nəticə verən fərdi terapiya modellərini inkişaf etdirməkdir.

Qeyd edək ki, ABŞ-də səhiyyə qurumları süni intellekt əsaslı layihələrə maliyyə dəstəyini artıraraq xüsusilə uşaq xərçəngi üzrə məlumatların təhlili və yeni müalicə üsullarının hazırlanmasını sürətləndirməyi də hədəfləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar