Ru
12:53 / 23 Aprel 2026

Paytaxt Bakıdan başqa şəhərə köçürülür?

Paytaxt Bakıdan başqa şəhərə köçürülür?
Eye

Bəzən deyirlər paytaxt köçürülsün, amma biz paytaxtın köçürülməsini rasional hesab etmirik.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarklıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.

O bildirib ki, paytaxtın köçürülməsi əvəzinə regionların inkişafı həyata keçirilməlidir: "İşğaldan azad edilmiş ərazilərimizə Böyük qayıdış regionların inkişafını tamamlayan böyük sənəddir. Eyni zamanda Naxçıvanda regional idarəetmə təkmilləşir, bələdiyyələr inkişaf edir".

Komitə sədri qeyd edib ki, iqtisadi rayonlaşma sahəsində yeniliklər həyata keçirilir: "İqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb ki, bu da regionların inkişaf etdirimləsi tədbirlərinin daha kompleks şəkildə inkişaf etdirilməsinə imkan verir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar