Ru
21:28 / 12 Avqust 2022

Salman Rüşdi bıçaqlandı - FOTO/VİDEO

10732
Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.



Bakupost.az xarici mediaya istinadən bildirir ki, Çautauqua İnstitutunda mühazirə oxumaq üçün səhnəyə çıxarkən yazıçıya naməlum şəxs hücum edib. Ruşdini döyən şəxsin əlində bıçaq da olub.



Nyu York Polis Departamentinin məlumatına görə, yazıçı boynundan bıçaqlanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb. Rüşdinin vəziyyəti haqqında əlavə məlumat yoxdur.



Xatırladaq ki, Rüşdinin 1989-cu ildə yazdığı "Şeytan ayələri" romanı müsəlmanların kəskin etirazına səbəb olub. İranın Ali Rəhbəri Ayətullah Xomeyni Rüşdinin öldürülməsinə fətva verib. 2012-ci ildə İranın dini fondu yazıçının qətlinə görə 3,3 milyon dollar mükafat təyin edib.






Aysel
Baku Post
Salman Rüşdi bıçaqlandı - FOTO/VİDEO
Salman Rüşdi bıçaqlandı - FOTO/VİDEO
Şərhlər
  • t.ədalət

    Salman Rüşdüyə Allah lənət eləsin!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər