Ru
21:51 / 28 Oktyabr 2024

Salyanda piyada, Ağsuda sürücü öldü

Salyanda piyada, Ağsuda sürücü öldü
Eye

Salyanda avtomobil 68 yaşlı qadını vuraraq öldürüb

Salyan rayonunda avtomobil qadını vuraraq öldürüb.

Bakupost.az -ın məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində baş verib.

Belə ki, yolu keçmək istəyən zaman şəhər sakini, 1956-cı il təvəllüdlü Ağayeva Naibə Hidayət qızını avtomobil vurub.

Qadın hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

Ağsu rayonunda da ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Səlimov Tehran Nəriman oğlu "KIA" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

T.Səlimov elə hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar