Ru
13:41 / 05 İyul 2025

Saray körpüsü yaxınlığında son durum

Saray körpüsü yaxınlığında son durum
Eye

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən avtomobil körpüsündə genişləndirmə işlərinə ötən gündən etibarən start verilib.

Bakupost.az xəbər verir ki, işlər Sumqayıtdan Bakı istiqamətində yolun sağ tərəfində aparılır.

Hərəkətə məhdudiyyət qoyulmayıb.

Xatırladaq ki, Bakı ilə Sumqayıtı birləşdirən Saray körpüsünün təmirdən sonra açılışı martın 18-də baş tutub. Uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir. Körpünün ümumi eni 21.6 metrdir və iki gediş, iki dönüş olmaqla dörd hərəkət zolağından ibarətdir.

İyunun əvvəlində isə körpüdə çökmə olduğu iddia edilsə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirmişdi.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar