Son vaxtlar onlayn alış-veriş platformalarının, xüsusilə də “Temu” kimi beynəlxalq e-ticarət saytlarının Azərbaycandakı ənənəvi ticarət mərkəzlərinə təsiri ilə bağlı müzakirələr güclənib. Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində alverin kəskin zəiflədiyi, bunun əsas səbəblərindən birinin isə “Temu” vasitəsilə edilən sifarişlər olduğu iddia edilir.
Onlayn ticarət “Sədərək” və “Binə” kimi iri bazarların gələcəyini təhlükə altına alır? “Sədərək” və “Binə” bağlana bilər?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov onlayn ticarət platformalarının bu gün ənənəvi mağazalar üçün ciddi rəqabət yaratdığını bildirib.
“Bu rəqabətin bir hissəsi bazar prinsiplərinə əsaslansa da, müəyyən üstünlüklər mövcud vergi və gömrük qaydalarından irəli gəlir. Nəticədə “Sədərək” və “Binə” də daxil olmaqla digər fiziki mağazalar müştəri itirir, bəzi hallarda fəaliyyətini dayandırır və iş yerləri azalır. Dünyada elektron ticarətin həcmi sürətlə artır. Bu platformalar daha geniş məhsul çeşidi təqdim edir, istifadəçi üçün rahat alış-veriş imkanları yaradır və innovativ satış modelləri tətbiq edirlər. Lakin ənənəvi mağazalar məhsulları ölkəyə idxal edərkən və ya daxildə istehsal edərkən gömrük rüsumları, vergilər və digər ödənişlər edirlər. Buna baxmayaraq, bəzi fərdi sifarişlər mövcud güzəştlərdən istifadə edərək bu ödənişlərdən yayınır. Hesab edirəm ki, bu baxımdan oyun qaydaları bütün bazar iştirakçıları üçün eyni olmalıdır”, - o qeyd edib.
İqtisadçı bildirib ki, ənənəvi mağazalar vergi və rüsum ödəyirsə, elektron ticarət vasitəsilə gətirilən məhsullar da müəyyən qaydada bu ödənişlərə cəlb edilməlidir:
“Söhbət yüksək rüsumlardan deyil, hamı üçün bərabər və ədalətli yanaşmanın tətbiqindən gedir. Bəziləri bunun istehlakçıların xərclərini artıracağını iddia edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, elektron ticarətin həcmi artıq kifayət qədər böyüyüb. Vergi və gömrük bazası genişləndirildiyi halda, rüsum dərəcələrini aşağı salmaq mümkündür. Məsələn, idxalın əhəmiyyətli hissəsi elektron platformalar üzərindən həyata keçirilirsə, daha geniş baza hesabına daha aşağı dərəcələrlə də dövlət büdcəsinə eyni həcmdə gəlir toplamaq olar. Belə yanaşma həm dövlət büdcəsinin gəlirlərini qoruyar, həm də ənənəvi mağazaların rəqabət imkanlarını artırar. Bu isə qiymətlərin daha balanslı formalaşmasına, iş yerlərinin qorunmasına və daxili ticarətin inkişafına müsbət təsir göstərə bilər.
Əks halda, mövcud vəziyyət davam edərsə, çoxsaylı mağazaların, o cümlədən “Sədərək” ilə “Binə”nin fəaliyyətini dayandırması və minlərlə insanın iş yerini itirməsi riski artacaq. Buna görə də gömrük və vergi siyasəti daha balanslı qurulmalı, bazarın bütün iştirakçıları üçün bərabər rəqabət şəraiti yaradılmalıdır. Zərurət yaranarsa, bu dəyişikliklər digər vergi yükünün azaldılması ilə kompensasiya oluna bilər ki, ümumi iqtisadi təsir həm dövlət, həm biznes, həm də vətəndaşlar üçün daha səmərəli olsun”.
Temu ucuzdu yaxsdi.magazalar bahadi.temunu qaralamayin insanlari fikirlesin
Sədərək və binədə yer pulu, satıcılara maaş da verilir deyə qiymət hələ bir az da baha olur.
Burada yazılan cəfəngiyyati oxumadım, ancaq mənim bildiyim budur; ticarət mərkəzi mütləq lazımdır, ancaq səliqəli geniş, rahat və ucuz. Sədərək, Binə, Abşeron və başqa bazarlarda satıcı və alıcı üçün heç bir şərait yaradılmayıb. Antisanitariya hər tərəfi bürüyüb. Burun xidmətlərin qiyməti süni olaraq qaldırılıb. Yerlərin xidmətlərin qiymətlərində şəffaflıq yoxdur. Bütün bunlara görə bu ticarət mərkəzləri işləmir.
Menim fikrimce Sederek ve Binedeki saticilar da artiq yeni dövrle ayaqlaşmalidir. Online platformalarda magazalarini açmalidirlar. Meselen keçen defe Birmarket'den təkər sifaris verdim. Magaza Sederekde idi. Magazasina yaxinlasmasam bele mene platforma uzerinden satiş etdi. Diger saticilar da online platformalarda mehsullarini yerleşdirseler butun problem ortadan qalxar.
<> ya görə yox, sərhədlərin bağlı olması səbəbindən ticarət zəifləyib. Dağıstandan, Şimali Qafqazdan və Gürcüstandan gələn müştərilər artıq başqa bazarlara üz tutublar.
Azerbaycanda istehsal yoxdursa , deməli TEMU bağlamaq gerek deyil. Sizin yazdığınız bütün xalqa bəllidir. Yenə də monopoliya qurmaq istəyirsiniz. Azərbaycanda hamının evində TEMU var. Siz bununla bütün xalqı narazı salırsiz müəyyən monopolist qruplara görə.
Eyni zamanda Sədərək və Binə ticarət mərkəzində ticarətlə məşğul olanların böyük əksəriyyəti insanları aldatmaqla məşğuldur. Məsələn bir kastyumu soruşursan, Türkiyənindir, əladır 250 manata endirmişik. Deyirsən 150 yə olsaydı alardım. Deyir yooxx nə danışırsan uzağı 20 manat keçərəm, çıxıb getmək istəyirsən arxadan çağırır ki, yaxşı gəl apar. Bax bu neçcə olur? Deməli 100 manat dəyərindən artıq qazanmaq istəyirmiş. Amma onlaynda hər şey şəffafdır.