Xankəndi şəhərində kafedə yanğın baş verib.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Turan” kafesində qeydə alınıb.
Yanğın zamanı kafedə çalışan 1983-cü il təvəllüdlü Əsədova Zibeydə Bulud qızı və 1997-ci il təvəllüdlü Cəfərova Fidan Sücaət qızı yanıq xəsarətləri alıblar.
Yaralılar hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.