Ru
15:55 / 05 Avqust 2022

"Səfirlik işçilərinin müqaviməti düzgün olmazdı..." - Tofiq Zülfüqarov

8505
“Radikal təşkilatın Azərbaycanı seçməsi təsadüfidir. İdeologiyası və bəyan etdikləri baxışlara görə Azərbaycan onların maraqları çərçivəsində olmamalıdır”.


Bunu Bakupost.az -a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.


T. Zülfüqarov hesab edir ki, radikal təşkilatın ünsürləri Böyük Britaniyanın təhlükəsizlik sistemində boşluqlar görərək, bu cür təxribata əl atıblar: "Başa düşməliyik ki, bu radikal təşkilatın əsas məqsədi hansısa hay-küylü bir tədbir keçirmək və özünü təbliğ etməkdir. Yəqin ki, hansısa güclərdən maliyyə alırlar. Əlavə mülahizələr və fikirlər üçün əsaslar yoxdur”.


Politoloq Böyük Britaniya paytaxtında təhlükəsizlik xidmətinin aşağı səviyyədə olmasına da diqqət çəkib:

“Bu radikal qruplaşma Böyük Britaniya və digər ölkələrdə uzun müddətdir fəaliyyət göstərirlər. Onların radikal baxışları, fəaliyyyəti bir neçə dəfə Böyük Britaniya qanunlarının pozuntusuna gətirib çıxarıb. Təhlükəsizlik xidməti bunların fəaliyyətini nəzarət altında saxlamalı idi. Lakin görürük ki, onlar bu təxribartı hazırlayarkən, Böyük Britaniya təhlükəsizlik xidməti tərəfindən bunun qarşısı alınmayıb. Beynəlxalq qanunlara uyğun olaraq, dövlətlər onların ərazisində olan səfirliklərin təhlükəsizliyini qarşılıqlı şəkildə təmin edir. Azərbaycan səfirliyi Londunun mərkəzində yerləşir. Bu baxımdan orada bu cür təxribatın həyata keçirilməsi təəccüb doğurur”.


Sabiq nazir daha əvvəl İran səfirliyinə qarşı belə təxribatların olduğunu diqqətə çatdırıb:

“Orada olan diplomatlarımızın müqavimət göstərməli olduqlarını deyirlər. Bu fikirlə razı deyiləm. Azərbaycan tərəfindən hansısa güc, müqavimət tətbiq edilsəydi, bəlkə də onlar silah istifadə edərdilər. Bundan qabaq İran səfirliyinə qarşı törədilən bənzər bir aksiyada onlar silahlı idilər. Bu hadisələrin məsuliyyəti birbaşa Böyük Britaniya dövlətinin üzərinədir. Hesab edirəm ki, bu hadisələrin necə baş verməsilə bağlı xidməti araşdırma aparılmalıdır. Gələcəkdə belə hadislərin baş verməməsi üçün lazımı tədbirlər görülməldir”.


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər