Ru
11:11 / 27 May 2025

Səhiyyə naziri niyə regionlarda qəbul keçirmir? – Nazirlikdən AÇIQLAMA

Səhiyyə naziri niyə regionlarda qəbul keçirmir? –  Nazirlikdən AÇIQLAMA
Eye

Xəbər verdiyimiz kimi, ötən gün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaş qəbulu ilə bağlı yeni cədvəl açıqlanıb. Cədvəldə bir sıra nazirlərin regionlara səfərləri planlaşdırılsa da, səhiyyə naziri Teymur Musayevin adı siyahıda yer almayıb.

Maraqlıdır, səhiyyə naziri niyə regionlarda qəbul keçirmir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Bakupost.az -a verilən açıqlamada bildirilir ki, regionlarda vətəndaş qəbulunun təşkili Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən əlaqələndirilir.

Nazirlikdən qeyd olunub ki, son illərdə səhiyyə sahəsində həyata keçirilən islahatlar nəticəsində dövlət tibb müəssisələrinin əksəriyyəti birbaşa Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərmir. Bu səbəbdən də nazirliyin əsas funksiyaları səhiyyə siyasətinin formalaşdırılması, normativ-hüquqi tənzimləmə, tibb müəssisələrinin akkreditasiyası, nəzarət və keyfiyyətin qiymətləndirilməsi kimi istiqamətləri əhatə edir.

Açıqlamada o da vurğulanır ki, səhiyyə naziri Teymur Musayev tərəfindən vətəndaş qəbulları hər ayın birinci həftəsinin bazar ertəsi günü nazirlik binasında həyata keçirilir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar