Ru
23:02 / 28 Mart 2024

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərləndi

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərləndi
Eye

Şəkidə 26 yaşlı gənc sirkə turşusu içərək zəhərlənib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Oxud kəndində axşam saatlarında baş verib.

Kənd sakini 1998-ci il təvəllüdlü Vüqar Cəfər oğlu Mustafazədə yaşadığı ünvanda sirkə turşusu içərək zəhərlənib.

V. Mustafazadə yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Pasiyent xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Onun su əvəzinə sirkə turşusu işdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar