Ru
21:39 / 08 Noyabr 2024

Şəkidə 64 yaşlı məktəb direktoru rabitə dirəyindən yıxılıb

Şəkidə 64 yaşlı məktəb direktoru rabitə dirəyindən yıxılıb
Eye

Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında rayonun Böyük Dəhnə kəndində baş verib.

Kənd sakini 64 yaşlı Xanlar Həsrət oğlu Ağabəyov yaşadığı evin həyətyanı sahəsində olan rabitə dirəyindən yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan X. Ağabəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Qeyd edək ki, X. Ağabəyov Böyük Dəhnə kənd tam orta məktəbdə direktor vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar