Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az -ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Qaracəmirli kənd sakini 2000-ci il təvəllüldü Höcət Əhmədovun idarə etdiyi mopedlə minik maşını toqquşub.
Qəza zamanı xəsarət alan moped sürücü xəstəxanaya aparılıb. Orada onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.