Ru
22:00 / 26 Aprel 2022

“Sərsəng su anbarının idarəetməsi dərhal Azərbaycana təhvil verilməlidir” - Ermənilərin “su terroru” davam edir

5715
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalmışdı. Azərbaycan 2020-ci ilin payızında Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etdikdən sonra Sərsəng su anbarı ilə eyni vaxtda inşa olunmuş Suqovuşan (ona yerli əhali "bala Sərsəng" də deyirdi) su anbarına nəzarəti həyata keçirir. Suqovuşan su anbarı, kanallar qısa müddətdə restavrasiya edildi, anbarın suyu Tərtər çayı ilə yönləndirilməklə - 30 ildir qoyulan süni maneələri qaldırmaqla Azərbaycanın ətraf bölgələrindəki təxminən 30 min hektar ərazidə əkin sahəsinin suvarma təminatını yaxşılaşdırmağa nail olundu.

Hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidəki Sərsəng su anbarının bərpası, tam işlək vəziyyətə gətirilməsi, öz funksiyası üzrə istifadə olunması üçün müvafiq rəsmi komissiyalar, İşçi Qruplar tərəfindən layihələr, təkliflər hazırlanmaqdadır.
İşğala son qoyulsa da sülhməramlıların nəzarəti altında olan – Qarabağın ermənilər yaşayan hissəsində qalan Sərsəng su anbarından isə Azərbaycanın rayonlarına su verilişi hələ də bərpa edilməyib. Ermənilər faktiki olaraq “su terroru”nu davam etdirir.
Qeyd edək ki, Azərbaycan Respublikasına aid Sərsəng su anbarı mərhum prezident, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Tərtərçayın üzərində inşa edilib. Su anbarı Azərbaycanın bir sıra rayonlarının (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektar civarında torpaq (əkin) sahəsini suvarma suyu ilə təmin etmək məqsədi ilə qurulub.

Musavat.com xəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi "Sərsəng su anbarına dair beynəlxalq və konstitusion tələblər: hövzənin əhəmiyyəti, hazırkı vəziyyəti - araşdırma və mediada, sosial şəbəkələrdə təbliğat kampaniyası” adlı layihənin icrasını davam etdirir.


İctimai Birliyin icraçı direktoru, layihənin rəhbəri Elşad Məmmədli bu mərhələyədək görülən işlərlə bağlı məlumatı açıqlayıb.
O bildirib ki, birinci mərhələdə Ermənistanın yaratdığı ekoloji fəlakətin miqyasının yerində öyrənilməsi üçün mart ayında Tərtər, Ağdam, Bərdə rayonlarında suvarma sistemlərinə vurulmuş ziyanla bağlı monitorinqlər həyata keçirilib, Azərbaycana vurulan ekoloji ziyanlara dair faktlar toplanılıb. Həmin monitorinqlərin nəticələri göstərir ki, Ermənistanın 30 illik işğal dövründə su mənbələri, kanalları məhv etməsi böyük ekoloji fəlakətə səbəb olub. (Bununla bağlı məlumatlar daha əvvəlki məlumat bülleteni mətbuatda işıqlandırılıb. Link: https://musavat.com/news/ermenilerin-qarabag-ve-etraf-bolgelerde-davam-etdirdiyi-su-terroru-sersengle-bagli-sos_881255.html)


Aprel ayında isə layihə üzrə Suqovuşan su anbarında və Yevlax şəhərində, Goranboy və Ağcabədi rayonlarında Ermənistanın yaratdığı ekoloji fəlakət səbəbindən susuz qalan min hektarlarla ərazilərdə - əkin sahələrində monitorinqlər həyata keçirilib.
Həmin monitorinqləri əks etdirən videomaterialları təqdim edirik:

1. Ağdam, Bərdə və Tərtərdə aparılan monitorinq




(https://www.youtube.com/watch?v=YbCjdDdyqdM)


2. Yevlax, Goranboy və Ağcabədidə aparılan monitorinq





(https://www.youtube.com/watch?v=f7ZEWefD6FI)


3. Suqovuşanda aparılan monitorinq:




https://www.youtube.com/watch?v=btik-9vFC-M

Toplanan faktlar və əyani baxışlardan da aydın olur ki, müharibə başa çatsa da, ermənilərin Azərbaycana qarşı “su terroru” dayanmır.
Qarabağın dağlıq hissəsindən gələn Xaçınçayın, Qarqarçayın qarşısı tamamilə kəsilib. Eyni zamanda Sərsəng su anbarından Suqovuşan su anbarına, habelə kanallar, Tərtərçayı vasitəsilə - ondan ayrılan qollarla Azərbaycanın rayonlarına birbaşa gələn su xətlərinə su buraxılmaması cinayəti davam edir.

Toplanan faktlar göstərir ki, Ermənistan Azərbaycana işğal dövründə 10 milyardlarla manat ekoloji ziyan vurub və bunun nəticələri hələ də davam edir.

Əkin sahələrinə Sərsəng su anbarından, Tərtərçaydan verilən su 1990-cı illərin ortalarından dayandırıldığı üçün Azərbaycanın aşağıdakı rayonlarının kəndləri susub qalıb:

Goranboy rayonunda

1.Boluslu kəndi 2. Eyvazlılar kəndi 3. Məşədiqaralar kəndi 4. Goran qəsəbəsi 5. Əlirzalı kəndi 6. Gürzallar kəndi 7. Xan Qərvənd kəndi 8. Qızılhacılı qəsəbəsi 9. Aşağı Ballıqaya kəndi 10. Balakürd kəndi 11. Cinli Zeynallı kəndi 12. Nərimanlı kəndi 13. Təklə kəndi 14. Yeni yol kəndi;

Yevlax şəhəri:

1.Kövər kəndi 2. Kolanı kəndi 3. Dəlləklər kəndi 4. Göyük kəndi 5. Hacımahmudlu kəndi 6. Qaramanlı kəndi 7. Nəmirli kəndi 8. Nurallar kəndi 9. Qaraməmmədli kəndi 10. Rüstəmli kəndi

Ağcabədi rayonu:

1. Arazbar kəndi 2. Biləyən kəndi 3. Boyat kəndi 4. Göyük kəndi 5. Hacılar kəndi 6. Hindarx qəsəbəsi 7. İmamqulubəyli kəndi 8. Bala Kəhrizli kəndi 9. Böyük Kəhrizli kəndi 10. Kürdlər kəndi 11. Qaraxanlı kəndi 12. Minaxorlu kəndi 13. Mirzəhaqverdili kəndi 14. Muğanlı kəndi 15. Poladlı kəndi 16. Sarvanlar kəndi 17. Şahsevən kəndi 18. Şahsevən Təzəkənd kəndi 19. Şahmalılar kəndi 20. Şərəfxanlı kəndi 21. Şotlanlı kəndi 22. Taynaq kəndi

Ağdam rayonu:

1. Alıbəyli kəndi, 2. Böyükbəyli kəndi 3. Kiçikli kəndi 4. Birinci Alıbəyli qəsəbəsi 5. İkinci Alıbəyli qəsəbəsi 6. Çəmənli kəndi 7. Əfətli kəndi 8. Hacıməmmədli kəndi 9. İsalar kəndi 10. Küdürlü kəndi 11. Məmmədbağırlı kəndi 12. Çıraxlı kəndi 13. Əhmədağalı kəndi 14. Kolqışlaq kəndi 15. Mirəşelli kəndi 16. Bənövşələr qəsəbəsi 17. Hacıturalı kəndi 18. Həsənxanlı kəndi 19. Qəhrəmanbəyli kəndi 20. Baharlı kəndi (Xındırıstan bələdiyyəsi) 21. Bəybabalar kəndi 22. Birinci Yüzbaşılı kəndi 23. Dadaşlı kəndi 24. Xındırıstan kəndi 25. İkinci Yüzbaşılı kəndi 26. Kəlbəhüseynli kəndi 27. Paşabəyli kəndi 28. Sarıçoban kəndi 29. Qasımbəyli qəsəbəsi 30. Evoğlu kəndi 31. Qaradağlı kəndi 32. Rzalar kəndi 33. Ayaq Qərvənd kəndi 34. Orta Qərvənd kəndi 35. Birinci Quzanlı qəsəbəsi 36. İmamqulubəyli qəsəbəsi 37. Quzanlı qəsəbəsi 38. Çullu kəndi 39. Eyvazlı kəndi 40. İmamqulubəyli kəndi 41. Mərzili kəndi 42. Sarıcalı kəndi 43. Şükürağalı kəndi 44. Təzəkənd kəndi 45. Birinci Dördyol qəsəbəsi 46. İkinci Dördyol qəsəbəsi 47. Təzəkənd qəsəbəsi 48. Baharlı kəndi (Üçoğlan bələdiyyəsi) 49. Ballar kəndi 50. Orta Qışlaq kəndi 51. Üçoğlan kəndi 52. Yusifli kəndi 53. Birinci Baharlı qəsəbəsi 54. İkinci Baharlı qəsəbəsi 55. Səfərli qəsəbəsi 56. Zəngişalı kəndi 57. Mahrızlı kəndi

Tərtər rayonu:

1. Azad Qaraqoyunlu kəndi 2. İlxıçılar kəndi 3. Qapanlı kəndi (Azad Qaraqoyunlu bələdiyyəsi) 4. Bəyimsarov kəndi 5. Borsunlu kəndi 6. Qırmızı Saqqallar kəndi 7. Buruc kəndi 8. Güləbatlı kəndi 9. Bala Kəngərli kəndi 10. Cəmilli kəndi 11. Dəmirçilər kəndi 12. Təzəkənd kəndi (Dəmirçilər bələdiyyəsi) 13. Evoğlu kəndi 14. Bayandur kəndi 15. Ələsgərli kəndi 16. Yenikənd kəndi 17. Əskipara kəndi 18. Hacıqərvənd kəndi 19. Hüsənli kəndi 20. Xoruzlu kəndi 21. İrəvanlı kəndi 22. İsmayılbəyli kəndi 23. Bayandurlu kəndi 24. Kəbirli kəndi 25. Kəngərli kəndi 26. Köçərli kəndi 27. Qapanlı kəndi 28. Qazyan kəndi 29. Qaraağacı kəndi 30 . Qaradağlı kəndi (Qaraağacı bələdiyyəsi) 31. Qaradağlı kəndi (Qaradağlı bələdiyyəsi) 32. Təzəkənd kəndi (Qaradağlı bələdiyyəsi) 33. Qaynaq kəndi 34. Mamırlı kəndi 35. Poladı kəndi 36. Düyərli kəndi 37. Sarıcalı kəndi (Sarıcalı-Düyərli bələdiyyəsi) 38. Sarıcalı kəndi (Sarıcalı bələdiyyəsi) 39. Zolgəran kəndi 40. Bildirçinli kəndi 41. Kövdadıq kəndi 42. Rəcəbli kəndi 43. Sarov kəndi 44. Umudlu kəndi 45. Seydimli kəndi 46. Səhləbad kəndi 47. Hacallı kəndi 48. Qapanlı kəndi 49. Soyulan kəndi 50. Tərtər şəhəri


Bərdə rayonu:

1Alaçadırlı kəndi 2. Alpout kəndi 3. Bala Qacar kəndi 4. Qullar kəndi 5. Bəcirəvan kəndi 6. Bərdə şəhəri 7. Birinci Qaradəmirçi kəndi 8. İkinci Qaradəmirçi kəndi 9. Böyük Qacar kəndi 10. Hüseynbəyli kəndi 11. Xanxanımlı kəndi 12. Cəyirli kəndi 13. Dəymədağıldı kəndi 14. Divanlı kəndi 15. Darğalar kəndi 16. Əliyanlı kəndi 17. Əmirli kəndi 18. Gərənə kəndi 19. Güloğlular kəndi 20. Həsənqaya kəndi 21. Saatlı kəndi 22. Xanərəb kəndi 23. Şərəfli kəndi 24. İkinci Hacallı kəndi 25. İkinci Nazırlı kəndi 26. Qazaxlar kəndi 27. Kələntərli kəndi 28. Kətəlparaq kəndi 29. Körpüsındıran kəndi 30. Qasımbəyli kəndi 31. Muğanlı kəndi 32. Qaradağlı kəndi 33. Xanağalı kəndi 34. Qaradəmirçi kəndi 35. Qarayusifli kəndi 36. Tumaslı kəndi 37. Qəhrəmanlı kəndi 38. Mirasəfli kəndi 39. Qazıqurdalı kəndi 40. Lək kəndi 41. Otuzikilər kəndi 42. Cicimli kəndi 43. Qayalı kəndi 44. Seyid Yusifli kəndi 45. Soğanverdilər kəndi 46. Şahvəlilər kəndi 47. Hacılı kəndi 48. Kürdborakı kəndi 49. Şatırlı kəndi 50. Şirvanlı kəndi 51. Şorəlli kəndi 52. Mehdixanlı kəndi 53. Tağılar kəndi 54. Umudalılar kəndi 55. Türkmən kəndi 56. Uğurbəyli kəndi 57. Yeni Daşkənd kəndi 58. Əyricə kəndi 59. Yeni Əyricə kəndi 60. Çəmənli kəndi 61. İmamqulubəyli kəndi 62. Zümürxan kəndi

Bu kəndlər – ümumilikdə 100 min hektardan artıq əkin sahəsi 30 ilə yaxındır ki, su fəlakəti ilə üz-üzədir. Azərbaycan 10 milyonlarla manat vəsait sərf edərək, bu ərazilərdə əksin sahələrinin suvarılması üçün subartezian quyuları qazıb. Bu artezianlar həm enerji məsrəfi, həm də davamlı texniki qulluq tələb edir. Habelə, yeraltı suların çıxarılması, suvarmaya sərf olunması ətrafdakı təbii yaşıllıqların məhvinə səbəb olur.


Digər bir təhlükəli vəziyyət ondan ibarətdir ki, Sərsəng su anbarının işğal altında olduğu müddətdə texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşib. Onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüblər. Odur ki, su anbarının hər an dağılması və Azərbaycanın rayonlarını su altında qoyması təhlükəsi var. Habelə, ermənilərin bunu təxribat məqsədilə qəsdən dağıda biləcəyi də istisna deyil. Bu isə azı 1 milyondan çox insanın daim təhlükə altında olması deməkdir.


Bütün qeyd olunanlar səbəbindən Sərsəng su anbarından istifadə dərhal Azərbaycanın ixtiyarına verilməlidir. Azərbaycan qısa müddətdə su anbarında yenidənqurma işləri apara biləcək. Eyni zamanda anbardan səmərəli şəkildə istifadə edilməklə, öz təyinatı üzrə Azərbaycanın rayonların su verilişini bərpa etməsi onun həm hüququdur, həm də bu, beynəlxalq sənədlərin tələbidir.


AŞPA hələ 2016-cı ildə Sərsəng su anbarında ekoloji vəziyyətin aradan qaldırılmasına dair 2085 saylı qətnamə qəbul edib. Həmin qətnamə bugünədək icra edilməyib. Artıq vəziyyət çox təhlükəli həddə çatıb və anbar tezliklə Azərbaycanın müvafiq qurumlarının sərəncamında olmalıdır. Sülhməramlıların nəzarəti altında olan bölgədəki su anbarından istifadə onun məxsus olduğu Azərbaycan dövlətinin hüququdur.


BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsinə müvafiq olaraq, ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası təhlillər aparmış, müvafiq rəy vermişdi. Missiya belə nəticəyə gəlmişdi ki, lazımi su təchizatının çatışmazlığı kənd təsərrüfatına ciddi ziyan vurur və artıq meşə massivlərin tamamilə məhv olmasına gətirib çıxarıb...

Artıq işğal bitib və Sərsəng su anbarı ilə bağlı ekoloji tarazlığın təmin edilməsi də anbarın məxsus olduğu Azərbaycan dövlətinə aid məsələdir. Bunu hansısa kənar qüvvə etməyəcək və etməsi hüquqi olaraq mümkün də deyil.
Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış 10 noyabr Bəyanatına əsaslanaraq təcili tədbirlərin həyata keçirilməsi zərurəti ortadadır.

AŞPA 2085 saylı qətnaməsinin icrasını tələb etməlidir!

Sərsəng su anbarının bölgədə ekoloji tarazlıq üçün əhəmiyyəti, anbara Azərbaycanın tam nəzarət etməsi, təhlükələrin aradan qaldırılması üçün təcili işlərə başlanılmalı, müvafiq addımlar atılmalıdır:

Hazırkı mərhələdə ilkin olaraq bu addımlar aşağıdakılardan ibarət ola bilər:


“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi fəlakətli vəziyyəti dərhal aradan qaldırmaq üçün təklif və tələb edir:

- Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin müşahidəsi altında sülhməramlıların məsuliyyət zonasında olan, Azərbaycanın ərazisində yerləşən, hazırda baxımsız olan strateji su mənbəsi - Sərsəng su anbarından istifadə, anbarın idarə edilməsi Azərbaycanın müvafiq icra qurumlarının nəzarətinə verilsin;
- Həmin ərazilərdə tələb olunan işlərin görülməsi üçün sülhməramlılar və müvafiq beynəlxalq təşkilatların dəstəyi ilə sürətli minatəmizlə işlərinə təcili şəkildə başlanılsın;
- Azərbaycan dərhal Sərsəng su anbarında restavrasiya işlərinə başlayaraq, anbardan çıxış kanallarını bərpa etməklə, Ağdam, Tərtər, Bərdə, Goranboy istiqamətində suvarma sahələrinə suyun yönəldilməsini həyata keçirməyə başlasın;

- Bu prosesdə beynəlxalq təşkilatlar - AŞPA da iradəsini ortaya qoymalıdır və yaxından iştirak etməlidir.

- Sərsəng su anbarı ilə yanaşı, hazırda ermənilərin yaşadığı Azərbaycan ərazilərindən keçib gələn çayların – Qarqarçay, Xaçınçay və digər çaylar – qarşısına qoyulan maneələr aradan qaldırılsın;

Bütün bunlar 10 noyabr Bəyanatının da tələbidir və icrası mütləqdir.


Şərhlər
  • t.ədalət

    Sərsəng su anbarının hələ də ermənilərin əlində qalması bizim elan etdiyimiz "kapitulyasiya"ya uyğun gəlmir.Hələki ermənilər regionda güc sahibidirlər,sülh müqaviləsini süpürgə kimi itin arxasına bağlayıblar,deməli ,müharibə bitməyib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər