Ru
18:33 / 18 Mart 2026

Martın 19-da işıq kəsiləcək - Bu ərazilərdə

Martın 19-da işıq kəsiləcək - Bu ərazilərdə
Eye

Gecə saatlarında Xırdalanın bəzi ərazilərində elektrik enerjisi olmayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə martın 19-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 00:30-dan 02:30-dək Zimistan Qurbanov, Səttar Bəhlulzadə, Vəli Axundov, Həsən Əliyev, Rövşən Əliyev, Əhməd Cavad, Nizami, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir-təftiş işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar