"Azad Azərbaycan" (ATV) telekanalında "Bizimləsən" və "Rəngarəng" verilişləri efirdən çıxarılıb.
Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, artıq kanalın yayım siyasətində də dəyişiklik edilib.
Xəbərlər proqramının sayı artırılıb. Xəbərlər bloku indiyədək gündə iki dəfə - 14:00 və 20:30-da efirə gedirdi. Bu gün isə 17:00-da da xəbər buraxılışı yayımlanıb.
Məlumatda görə, bu, son deyil və dəyişikliklər davam edəcək.