Ru
14:35 / 17 Noyabr 2026

Rusiyanın nüvə şantajı: Ukrayna da bu yolu tuta bilər?

Rusiyanın nüvə şantajı: Ukrayna da bu yolu tuta bilər?
Eye

38 ölkəni təmsil edən nüvə təhlükəsizliyi qurumları Rusiyanı Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyinə təhdid yaradan hücumları dayandırmağa çağırıb.

"Bakupost" xarici KİV-ə istinadən xəbər verir ki, çağırışda nüvə qəzası riskinin artdığı barədə xəbərdarlıq edilib.

Siyasi şərhçi Xəqani Cəfərli Bakupost-a bildirib ki, Rusiyanın məqsədi Ukrayna və Avropanı nüvə təhlükəsi ilə qorxutmaqdır:

“Hazırda Rusiyanın əlində nüvə şantajından başqa dəlil qalmayıb. Kreml bir tərəfdən nüvə silahından istifadə ilə hədələyir, digər tərəfdən Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyini təhdid edən hücumlar təşkil edir”.

Ekspert hesab edir ki, beynəlxalq çağırışlar nəticə verməyəcək:

“Rusiyanı yalnız güclə başa salmaq olar. Ukrayna da Rusiyanın nüvə obyektlərinə və onların təhlükəsiz fəaliyyətini təmin edən enerji infrastrukturuna hücumlar təşkil etməlidir. Bu, Moskvanı nüvə şantajından əl çəkməyə vadar edə bilər”.

X.Cəfərlinin fikrincə, Qərb ölkələri də Ukraynanı dəstəkləməli və Rusiyaya təzyiqləri artırmalıdır.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar