Beynəlxalq İdman Tədqiqatları və Statistikaları Mərkəzi (CIES) heyətlərinin ən yüksək transfer qiymətinə görə, klubların reytinqini tərtib edib.
Bakupost.az xəbər verir ki, siyahıya 1 milyard 732 min avro ilə Dünya Klub Kubokunun qalibi “Çelsi” başçılıq edir.
İkinci yeri 1 milyard 608 milyon avro ilə “Mançester Siti” klubu tutur. İlk üçlüyü 1 milyard 541 min avro ilə “Real Madrid” tamamlayır.
Siyahını təqdim edirik:
1. “Çelsi” – 1 milyard 732 min avro
2. “Mançester Siti” – 1 milyard 608 milyon avro
3. “Real Madrid” – 1 milyard 541 min avro
4. “Barselona” – 1 milyard 389 min avro
5. “Arsenal” – 1 milyard 348 min avro
6. PSJ – 1 milyard 346 min avro
7. “Liverpul” – 1 milyard 046 min avro
8. “Bavariya” – 1 milyard avro
9. “Tottenhem” – 897 milyon avro
10. “Mançester Yunayted” – 829 milyon avro