Ru
21:26 / 05 İyul 2025

"Səs Azərbaycan"ın iştirakçısı öldürülüb? - YENİLƏNDİ

"Səs Azərbaycan"ın iştirakçısı öldürülüb? - YENİLƏNDİ
Eye

18:59

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.


Bakupost.az xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva Feysbuk hesabında yazıb.

"Albina Pyakşeva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda bildirilib.

Qeyd edək ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.
***

Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq müğənninin sağ olduğunu açıqlayıb.

“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, - deyə o paylaşımında yazıb.

Əlavə edək ki, Albinanın yaxın dostlarından biri APA-ya açıqlamasında onun ölümü ilə bağlı iddiaları təkzib edib.

Qeyd edək ki, bir neçə saat əvvəl L.Əfəndiyeva feysbuk hesabında müğənninin ABŞ-Meksika sərhədini keçərkən öldürüldüyünü bildirmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar