Ru
11:00 / 15 İyun 2022

Şeyx İranı “vurdu” - Ermənilər məscidlərimizi dağıdanda səslərini çıxarmadılar - VİDEO

Şeyx İranı “vurdu” - Ermənilər məscidlərimizi dağıdanda səslərini çıxarmadılar -  VİDEO
Eye

“Bizim torpaqlarımız Ermənistan tərəfindən 30 il vəhşicəsinə vandalizmə məruz qalıb. Bu torpaqlar insanları yaşatmaq üçündür. Allah-təala Quranda buyurub ki, Yer üzünü sizin üçün yaratdım. Siz onu xarab etməyin, axı mən yaratmışam. Bu, müqəddəsdir, Allah-təala bizə yaradıb. Biz bunu müqəddəs kimi saxlamalıyıq. Ermənilərin torpaqlarımızı yandırması, minalaması, indi də dinc insanların orada həlak olması və ən mühümü, onları məcbur torpaqlardan uzaqlaşdıranda evlərini, hətta öz heyvanlarını yandırması, məhv etməsi, kəsməsi, bütün bunların hamısı Allahın dediklərinə üsyan etməkdir. Ona görə də bunlar fəlakətlərə gətirib çıxarıb”.



Bakupost.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə REAL TV-yə müsahibəsində deyib.



Dünyanın, qonşu dövlətlərin erməni vəhşiliyinə səssiz qaldığını deyən Şeyx sözlərinə belə davam edib:



“Bizim torpaqlarımızda mədəniyyət irsimizə hörmət olunmadı. Məscidlərimiz dağıdıldı, orada donuzlar saxlanıldı. Bu cür məsələlərdə dünya ictimaiyyəti, bizim qonşularımız heç olmasa bir dəfə səslərini çıxarıb, bizi müdafiə etdilərmi? Yaxşı, oradakı müsəlmanlar etmədilər. Xristianların da kilsələri yandırıldı, dağıdıldı. Onlar da səslərini çıxarmadılar. Amma indi bəzi yerlərdən havadarlar çıxır ki, nəyə görə orada bu kilsə belə oldu, bu məscid yandırıldı...?!”


Daha ətraflı videomaterialda:




E.Mirzəyev
BakuPost


Şərhlər
  • Yavər

    Rəhbərlik şeyxin hansı əməl sahibi olduğunu,hansı yaramazlıqlar törətdiyini bildiyi haıda (bunu mütləq bilir ki, o KQB polkovnikidir, hansı biznesləri var,hansı yaramazlıqları edib və edir və s.) və eyni zamanda dini qurumlar üzrə iş Komitəsinin mövcudluğu halında niyə Şeyxə qarşı ciddi ölçü götürmür?Ölkədə hamının zəhləsi gedən fırıldaqçını islam dininin başında saxlayır.Bu hərəkətsizliyin səbəbi nədir? _

  • Molla

    "Şeyx" bir az da gözləsin,30-40 ildən sonra belə çıxış etsin.Bəs infiyə kimi harada yatmışdı? niyə vaxtında reaksiya vermirdi? Yoxsa indi ayılıb?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar