Ru
22:19 / 19 Aprel 2022

Simonyanın əsl siması: yüzlərlə uşağın ölümünə səbəb olan erməni jurnalist əslində, kimdir?

10266
Müəllif: Ülkər Ziya

Onu hansısa təkanın sıravi müxbir vəzifəsindən qısa bir zamanda irimiqyaslı kampaniyanın baş redaktoru vəzifəsinə gətirməsi istər rus, istərsə də Qərb mediasında dəfələrlə vurğulanır.

Hazırda “Sputniknyus”un baş redaktoru olan Marqarita Simonyan rupor kimi tanınır və jurnalistdən daha çox siyasətçi və təbliğatçı kimi davranmaqla bu peşənin də adına xələl gətirir. Simonyanın qeyri-adekvat davranışlarını saymaqla bitməz. Elə Rusiya saytlarının birində gedən iri həcmli bir məqalədə (https://shr32.ru/en/extractions/biografiya-i-lichnaya-zhizn-margarity-simonyan-simonyan-margarita-simonovna/) Simonyanla bağlı bildirilib ki, onun əyalət kanalının müxbiri vəzifəsindən birdən-birə müharibəyə getməsi və orda elə də seçilməyən hansısa fəaliyyətinə görə mükafat alması, daha sonra ilin sonunda başqa bir mükafat alaraq nəzərə çarpdırılması əvvəlcədən hazırlanan ssenariyə əsasən baş tutub. Həmin məqalədə onun erməni lobbisi tərəfindən irəli çəkilməsi də istisna edilmir.



Qeyd olunur ki, Simonyanı irəli çəkənlərdən fərqli olaraq, izləyicilər onu çox darıxdırıcı və yorucu hesab edərək aldığı müsahibələr zamanı işlətdiyi qeyri-peşəkar ifadələri gülüş obyektinə çevirirlər. Hətta bundan əvvəl çalışdığı mətbu orqanda baş redaktoru olan xanım onun barəsində bu kimi rəyləri toplayaraq rəhbərliyinə də təqdim edibmiş.


Simonyanın qeyri-peşəkarlığı təkcə gülüş obyektinə çevrilsəydi, dərd yarı idi. Beslan hadisələri zamanı onun hadisə yerinə göndərilməsi “nəzərə çarpdırılma” kampaniyasının bir hissəsi olsa da, bu təəssüf ki, faciə ilə nəticələnib.


Məktəbin qarşısına hamıdan birinci gəlməsi ilə öyünən Simonyan içəridəki uşaqların sayı barədə məlumat versə də, terrorçuların tələbinə dair dəqiqləşdirilməmiş informasiya səsləndirib. Nəticədə canlı yayımı izləyən valideynlər kütləvi şəkildə məktəbin qarşısına axın edib, eyni yayımı izləyib tələblərinin başqa şəkildə verildiyini görən terrorçular isə şərtlərini sərtləşdiriblər. Sonluq 200-ə yaxın uşağın qətlə yetirilməsinə qədər uzanıb. Mənbə (https://shr32.ru/en/extractions/biografiya-i-lichnaya-zhizn-margarity-simonyan-simonyan-margarita-simonovna/)


Vaxtilə vətəndaş nikahında yaşadığı birinci şəxsə (Andrey Blaqodirenko) xəyanət edərək Tigran Kesoyan adlı erməni rejissorla münasibətdə olan, rejissorun ailəsini də dağıdan Simonyan üçün görünür heç bir dəyərin anlamı yoxdur. Nə ailə dəyərləri, nə dünyəvi dəyərlər, nə də insani dəyərlər. Sadəcə olaraq pula xidmət edən Simonyandan zəngin mülkiyyətinə dair sual soruşduqda - “Mən bunları oğurlamamışam ki” – kimi gülünc cavab verib. Onun bu cavabı bir müddət Rusiya sosial şəbəkə seqmentində mem olaraq dolaşıb.



Qərb dünyasında da onu irqçi, propoqandist və milliyətçi kimi tanıyırlar. Barak Obamaya irqçi suallar verən erməni soydaşını sırf erməni olduğu üçün dəstəkləməsinə görə onu bu yarımkürədə də sevmirlər. Hətta Ukraynadakı hadisələrə dair mövqeyinə görə onun da adı Avropa Birliyinin sanksiyalar tətbiq etdiyi şəxslər siyahısına salınıb. Simonyan Birliyin hüdudları daxilinə ayağını belə basa bilməz.


Belə görünür ki, bu şəxs nəinki Qərbdə qəbul edilməyərək kənarlaşdırılır, eləcə də Rusiyanın özündə ictimaiyyət tərəfindən sevilmir və gülüş obyektinə çevrilir.


Üstəlik Marqarita bu yaxınlarda daha bir ağlasığmaz bir fikirlə çıxış edərək Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərinin Rusiyaya birləşdirilməli olduğunu deyib. Ola bilsin ki, Simonyan qeyri-peşəkarlığından dolayı dediyi fikirlərin fərqinə varmır. Lakin onun bu – bişmiş toyuğun güldüyü ifadəsi iki ölkə arasındakı münasibətlərin ruhuna və Rusiyanın sülməramlı kimi fəaliyyətinə ziddir.


Çox da uzaq olmayan keçmişdə, ötən ilin iyununda Simonyan uşaqlarına erməni millətçilərinin mahnısı olan “Oyan oğlum”u öyrədirdi. Erməniləri türklərə qarşı döyüşməyə və onları öldürməyə səsləyən bu faşist mahnısını 7 və 8 yaşında uşaqlara öyrətməklə qalmayan Simonyan onlara 19-cu əsrin sonlarında erməni terror birləşmələrinə rəhbərlik edərək türk kəndlərinə basqınlar edən, türkləri amansızlıqla qətlə yetirən erməni terrorçu-daşnak Arakel Mxitaryanın imicini də tərifləyirdi.

O zaman sual yaranır. Belə qatı mövqeyə malik, irqçi, düşmənçiliyə meylli və gülüş hədəfi olan bir şəxsin baş redaktoru olduğu “Sputnik” agentliyinin Azərbaycanda olması bizə lazımdırmı? Bu qədər faktlardan sonra cavabın mənfi olduğundan heç bir şübhə yoxdur.

Şərhlər
  • t.ədalət

    Azərbaycanda nə vaxta kimi milli dəyərlər tapdanacaq,türk əsillilər sıxışdırılacaq "simonyanların uşaqları" başa keçəcək,düşmənlərə qarşı heç bir mübarizə aparılmayacaq.Səfər Əbiyev (keçmiş müd.naziri) heç də simonyandan geri qalmırdı.Milli hərbiçiləri təqib edir,onların yüksək hərbi rütbələr almasına imkan vermirdi.Hansını deyək?Bütün sahələrdə milli kadrların irəli çəkilməsinə yol verilmir.Azərbaycanda olan gizli kürd təşkilatları da ermənilərlə əlbir fəaliyyət göstərirlər."zəngəzur-məngəzur" adı altında örtülü şəkildə kürdüstan davası aparılır..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər