Ru
19:27 / 08 Aprel 2024

Siqaret qaçaqmalçılığı: "Hər il 20 milyon dollar..." - Açıqlama

2102
“Tütün məmulatları sahəsində kifayət qədər problemlər yaşanır. İçki bazarında olduğu kimi, burda da saxta aksizlərdən istifadə edilir. Bununla yanaşı, qaçaqmal yoluyla ölkəyə gətirilmiş tütün məmulatları illərdir ki, dövlət qurumlarının gözü qarşısında, xüsusən Nərimanov rayonunda satılır”.




Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Ekspertin sözlərinə görə, qaçaqmal siqaretlərə görə hər il dövlət büdcəsinə külli miqdarda zərər vurulur:

“Beynəlxalq təşkilatların hesablamalarına görə, təkcə 2017-ci ildə Azərbayacan büdcəsi qaçaqmal tütün məmulatlarından 20 milyon dollar zərər çəkib. Bu gün də həmin qaçaqmal və təhlükəli tütün məmulatları var. Üstəlik bazara “glo” adlı elektron siqaretlər daxil olub və bunlar da insan sağlamlığı üçün zərərlidir. Yəqin ki, Azad İstehlakçılar Birliyi qaçaqmal və “glo” adlı elektron siqaretlərin qarşısını almaq üçün iş aparacaq”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər