Ru
19:55 / 18 İyul 2025

Slovakiya Rusiyaya qarşı sanksiyalara buna görə razılıq verdi

Slovakiya Rusiyaya qarşı sanksiyalara buna görə razılıq verdi
Eye

Avropa Komissiyası Slovakiyanın Rusiya qazına qarşı mərhələli çıxış planı fonunda tətbiq olunan sanksiyalara razılıq verdiyini təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə Komissiyanın sözçüsü Anna-Kaisa İtkonen Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.

İtkonen bildirib ki, Slovakiya kimi bəzi üzv ölkələrin spesifik enerji asılılığını nəzərə alaraq, Rusiya qazından imtinanın tədricən və hüquqi əsaslı şəkildə həyata keçirilməsi nəzərdə tutulur:

“Biz Slovakiya kimi üzv dövlətlərin qarşılaşdığı milli çətinlikləri tanıyırıq. Bu səbəbdən Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılması effektiv, hüquqi və regional şəraitə uyğunlaşdırılmış proses əsasında aparılacaq”.

Qeyd edək ki, Slovakiya Rusiya qazından ən çox asılı olan Avropa ölkələrindən biridir və keçmişdə bu ölkə alternativ enerji mənbələrinin diversifikasiyası məsələsində ehtiyatlı mövqe sərgiləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar