Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin beş sakini xüsusi hərbi əməliyyatda (SVO) iştirak edənlərlə saxta nikah bağladıqlarına görə mühakimə ediləcək.
Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, külli-miqdarda pul vəsaitini mənimsəmək məqsədilə mütəşəkkil cinayətkar qrup yaradıb. Qrup üzvləri Ukraynada döyüşən rus əsgərləri ilə saxta nikah bağlayaraq ödənilən müavinətləri ələ keçirtmək üçün saxta nikahlar bağlayıblar.